13 İyun 2017 12:36
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Babı kəndində 78 yaşlı Lyuba Babayevanın baş nahiyəsində xəsarətlər olan meyiti evində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Füzuli rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yaqub Abbasov yaşadığı Sumqayıt şəhəri ərazisində tutulub.


Müəllif: Teleqraf.com