14 İyun 2017 15:12
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətldə və xuliqanlıqda təqsirli bilinən 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

İlqar Əhmədov 19 il, Emin Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Binəqədi rayonundakı kafelərdən birində baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.

2017-ci il yanvarın 1-də həmin ərazidə küçədə 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, İlqar Əhmədov Murad Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. Rövşən Ağayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. İlqar Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, Emin Cəfərov isə xuliqanlıqda təqsirləndirilib.


Müəllif: Hacı Zeynalov