15 İyun 2017 18:02
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi Bakı şəhər sakinləri Faiq Əliyev, Fuad Kazımov və Arif Əhmədovu saxlayıb.

Onlar iyunun 7-də Aleksandr Anfinogenova məxsus velosipedi oğurlamaqda şübhəli biliniblər.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların 2 evdən pul, mobil telefon və inşaat materialları oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov