17 İyun 2017 11:08
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:01

Biləsuvar şəhərində dəhşətli yanğın hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan Natiq Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

Uşaq orada ölüb, Gülnar Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb.

Teleqraf.com nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan Natiq Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

Uşaq orada ölüb, ananın vəziyyəti orta-ağırdır.


Müəllif: Hacı Zeynalov