17 İyun 2017 12:25
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qadınlarla qarşı cinayət törədən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Zirə qəsəbəsi ərazisində Mehin Zeynalova döyülüb.

Qadın Xəzər rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, qəsəbə ərazisində Şöhrət adlı oğlan onu döyüb və çantasını əlindən almaq istəyib.

Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini Şöhrət Məmmədov tutulub.

Məlum olub ki, Şöhrət Məmmədov iyunun 9-da Zirə qəsəbəsi sakini Nəzrin Hüseynovanı da xuliqanlıq zəminində döyüb.

Araşdırma zamanı onun həmin qadınların çantalarını soyğunçuluq yolu ilə almağa cəhd göstərməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov