17 İyun 2017 19:28
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluqla məşğul olan dəstə ifşa edilib.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən şəhər sakinləri Xəyal Verdiyev, Rasim Məmmədov və Zaur Məmmədov tutulublar.

Dəstə üzvləri Gəncə şəhəri ərazində 3 evdən təmir-tikinti alətləri, ərzaq məhsulları, qızıl və məişət əşyaları, habelə 1 metal qəbulu məntəqəsindən 117 kiloqram əlvan metal oğurlamaqda şübhəli biliniblər.

Dəstə başçısı Xəyal Verdiyevin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov