17 İyun 2017 20:14
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq və oğurluq faktlarının üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Vasif İsmayılov həbs edilib.


Vasif İsmayılov rayon ərazisində 10 yaxın vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq edib.
Bundan başqa, onun müxtəlif şəxslərdən 1850 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov