18 İyul 2014 14:31
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyini evində narkotik vasitə becərməkdə təqsirli bilinən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik maddələrin əkilib becərilməsi və satışında təqsirli bilinən şəxs yaxalanıb.

Məlumata görə, Gəncə şəhər sakini, 57 yaşlı Namiq Musayevin kirayə götürdüyü evin həyətyanı sahəsinə baxış zamanı 600 kvadratmetr ərazidəki istilikxanadan ümumi çəkisi 251 kiloqram olan 505 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkib. Bu müddət ərazində xüsusi aqrotexniki qaydalara uyğun olaraq becərib. Namiq Musayev çətənə kollarını satış məqsədilə əkib becərdiyini etiraf edib. Onun yaşadığı Gəncə şəhəri Ozan küçəsindəki evə baxış zamanı isə kibrit qutularına doldurulmuş qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də cinayət məcəlləsinin bir neçə ağır maddəsi ilə dəfələrlə məhkum olunaraq 14 il həbsdə yatıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Hacı Zeynalov


Müəllif: