19 İyun 2017 16:17
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən bank əməkdaşı Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Eldar Salmanov Zaminbank ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməli törədib. Eldar Salmanov vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

Eldar Salmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, həmin pulları borc adı ilə aldığını deyib.

Növbəti proses iyulun 6-da davam edəcək.


Müəllif: Hacı Zeynalov