19 İyun 2017 18:19
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq edən şəxsin bir neçə cinayəti üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində oğurluqda şübhəli bilinən Əli Əliyev yaxalanıb.

Onun mayın 22-dən iyunun 10-dək olan müddətdə 3 nəfərə məxsus bankomat kartlarından internet vasitəsi ilə ümumilikdə 574 manat pul çıxararaq oğurladığı müəyyən edilib.

Xatırladaq ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qızqayıt Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov