22 İyun 2017 12:20
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları paytaxtda narkotiklə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyatlardan biri paytaxtın Pirallahı rayonunda baş tutub.

Pirallahı rayon polis şöbəsi əməkdaşları rayonun S.Vurğun küçəsində yaşayan Eldar Çumarini saxlayıblar. Onun mənzilindən qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilib.

Ekspertiza narkotik vasitənin ümumi çəkisinin 2,5 kiloqram olduğu barədə rəy verib. Eldar Çumarinin əvvəllər məhkum olunduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Kürdəxanı qəsəbə sakini Məmməd Məhərrəmov həbs edilib. Ondan ümumi çəkisi 20,015 qram, həyətyanı sahəsinə baxış zamanı isə 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb. O da əvvəllər məhkum olunub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov