18 İyul 2014 18:04
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr aşkar edilib

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Elnazə Dadaşova və qızı Şəlalə Dadaşovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı E.Dadaşovadan bir ədəd bağlamada xalis çəkisi 17,61 qram, Ş.Dadaşovadan isə bir ədəd bağlamada xalis çəkisi 21,81 qram olan narkotik vasitə - marixuana və üç ədəd bağlamada ümumi xalis çəkisi 100,486 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla əlaqədar araşdırma aparılır.

/trend/


Müəllif: