19 İyul 2014 11:09
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 57 yaşlı kişi qətlə yetirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 18-də Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib.

Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.

/apa/


Müəllif: