19 İyul 2014 12:41
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 09:30-da Bakıda sərnişin avtobusu qəza törədib.

Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat verilib. Sosial şəbəkədə yayılan məlumata görə, hadisə bu səhər olub.

Hadisəni dəqiqləşdirmək üçün 51 saylı xətt marşurutunun avtobusun sahib olduğu şirkətin rəbəri Mürşid Abbasovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, qəza səhər saatlarında “Həzi Aslanov” metrosu yaxınlığında qeydə alınıb. Metronun yaxınlığında, bazarın yanında avtobus dönmə əməliyyatını yerinə yetirərəkən arxada dayanan “BMW” markalı avtomobilə dəyib.

Qəza zamanı avtobus sərnişinlə dolu olub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

/ans press/


Müəllif: