Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində 1991-ci il təvəllüdlü İlqar İsmayılov bıçaqlanıb.
Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Taksi fəaliyyəti ilə məşğul olan İlqar İsmayılovun müştərisi tərəfindən bıçaqlandığı bildirilir. Taksi sürücüsü ilə müştərisi arasında pul üstündə mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.
İlqar İsmayılovun bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
Cinayəti törədən şəxsin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.