3 İyul 2017 14:11
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə 20 yaşlı qızı vuraraq öldürən 1979-cu il təvəllüdlü Tahir Qaybalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Tahir Qaybalıyev müddətinə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il oktyabr ayının 2-də Xətai rayonu ərazisində baş verib Gəncə prospektindən üzü Ukrayna dairəsinə doğru hərəkət edən Tahir Qaybalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. Araşdırma zamanı məlum olub ki, Tahir Qaybalıyev qəzanı törədən zaman sərxoş olub.

Tahir Qaybalıyev hadisə yerindən qaçıb. Qəza zamanı ağır xəsarət alan Səriyyə Əliyeva 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Tahir Qaybalıyev Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) və 264-cü (yol-nəqliyyat hadisəsi zamanı yerindən qaçma) maddələri ilə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər