3 İyul 2017 15:00
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qayınatasını döyməkdə və ona xəsarət yetirməkdə təqdirləndirilən Ruzgar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Rüzgar Əsgərov Qusar rayonunda ailə münaqişəsi zəminində qayınatası Tahib Abdullayevi döyüb, ona bədən xəsarətləri yetirib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Ruzgar Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır. İttihama münasibət bildirən Rüzgar Əsgərov əməlini etiraf edib: "Ailəmin dağılmasını istəmirdim. Buna görə də söhbət etməyə getdim. İçkili idim. Məni söydü, acıladı. Mən də vurdum. İçkili olmasaydım vurmazdım".

Məlum olub ki, Ruzgar Əsgərov qayınatasınln evinə atla gedib, onunla birlikdə dostu Müslüm də olub.

Amma Ruzgar Əsgərov məhkəmədə qayınatasıgilə tək getdiyini deyib.

Məhkəmədə ifadə verən zərərçəkmiş Rahib Abdullayev isə bildirib ki, kürəkəni onun evinə gələndə yanında iki nəfər olub: "Biri qoluma girdi, sonra Rüzgar başıma, sifətimə vurdu. Bir nəfər də həyətdən çöldə idi".

Rahib Abdullayev kürəkəni ilə qətiyyən barışmayacağını deyib: "Heç cür barışıq ola bilməz. İnsult olmuşam. Bir dəfə yanıma gəlmədilər".

Növbəti proses iyulun 10-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər