19 İyul 2014 14:10
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Saatlı rayonunda sevgi üstündə iki gənc intihar ediblər.

Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə saat 05:00-da Məmmədabad kəndində yaşayan iki qohum özünü öldürüb.

Belə ki, 1993-cü il təvəllüdlü M.A. və 1997-ci il təvəllüdlü Ş.A-nın kənddəki meşədə asılmış meyidləri tapılıb. Araşdırmalar zamanı onların intihar etdikləri məlum olub.

Qeyd edək ki, özlərinə qəsd edənlər yeznə-baldızdır. İlkin ehtimala görə, onlar bir-birilərinə aşiq olublar. İntihar da sevgi üstündə olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

/ans press/


Müəllif: