4 İyul 2017 12:40
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıb

Daha sonra Valeh avtomobili F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub və hadisə yerini tərk edib. Vahid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.


Müəllif: Hacı Zeynalov