8 İyul 2017 14:36
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, rayonun Qusarçay kəndində bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.

Dava zamanı kənd sakini, 1978-ci il təvəllüdlü Məhərrəm Hacıyev və 1976-cı il təvəllüdlü Məzahir Mustafayev bıçaqlanıb.

Məhərrəm Hacıyev hadisə yerində ölüb, Məzahir Mustafayev isə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər