Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 450 manat, 3100 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanması barədə 19-cu polis bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Hüseyn Quliyev tutulub. Onun əvvəllərdə məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.