Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı eyni zamanda Şakir Musayevə 5 il, Ruslan Əsgərova 4 il, Seffulla Seyfullayevə 7 il 6 ay, Fərhad Əmiraslanova 7 il, Mənsur Zeynalova 7 il, Rauf Əliyevə 4 il cəza tələb edib.
Dünyamin Xəlilovun vəkili Elvin Səlimov və digər vəkillər çıxış üçün vaxt istəyib.
Növbəti proses iyulun 13-ə təyin edilib.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.