Teleqraf.com-un məlumatına görə, Məhəmmədi kəndindəki evlərdən birindən 3500 manat dəyərində qızıl əşyalar, 1 televizor, müvafiq sənədləri olan “LOST-4” markalı yivli tüfəng və 15 patron oğurlanıb.
Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı sakini Mirzahid Zeynalov tutulub.