12 İyul 2017 16:17
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, Qədəm Tanrıverdiyeva əvvəllər də dələduzluqda ittiham olunub, əməli sübuta yetirilmədiyi üçüm barəsində bəraət hökmü çıxarılıb.

O, 2014-cü ildə dələduzluq etdiyi üçün həbsə alınıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Qədəm Tanrıverdiyevanın əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.

Həbsdən çıxan Qədəm Tanrıverdiyeva yenə dələduzluq əməlləri törətməyə başlayıb. Bu dəfə işə oğlu Nadiri də cəlb edib.

Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarəndan sui- isrifadə ediblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında həbs ediliblər.

Qədəm Tanrıverdiyeva və Nadir Tanrıverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.

Məhkəmə baxışı iyulun 19-a təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər