21 İyul 2014 11:20
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Qobu qəsəbəsində Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində oğlu İbrahimi bıçaqla qətlə yetirib.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: