21 İyul 2014 11:24
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl şəhərinin ərazisində də yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakinləri Ziyafət Quliyevin idarə etdiyi “Mercedes”, Natiq Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Sumqayıt şəhər sakini Mehriban Baxşıyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub.

N.Mehdiyev və sarnişinləri - arvadı Nailə, oğlu Namiq və qayınanası Sədaqət, habelə M.Baxşıyevanın sərnişini - Sumqayıt şəhər sakini Gülbahar Aslanova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: