21 İyul 2014 11:35
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq ittihamı ilə axtarışda olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Taleh Novruzov həbs edilib.

Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin və Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Telman Həmzəyev və 1955-ci il təvəllüdlü Salman Vəliyev tutulub.

Hacı Zeynalov


Müəllif: