21 İyul 2014 11:45
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda iki həftə əvvəl qətl hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 12-də Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında, təxminən 25-30 yaşlarında döş qəfəsindən bıçaq xəsarəti ilə qətlə yetirilmiş kişi meyiti aşkar edilib.

Araşdırma zamanı qətlə yetirilmiş kişinin şəxsiyyəti müəyyən olunaraq onun Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nurlan Xudiyev olması müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Zamin Məcidli tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: