16 İyul 2017 22:19
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda sürücü çobanı vuraraq qaçıb.

Teleqraf.com xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu qoyunları yoldan keçirərkən onu maşın vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Musayev Nihad Əhməd oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com