1991-ci il təvəllüdlü Elşən Səmədzadə həmin ərazidə naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Elşən Səmədzadənin kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Nizami rayonunda daha bir bıçaqlanma olub. 1982-ci il təvəllüdlü Elməddin Fərəcov tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.
Müxtəlif nahiyələrindən bıçaq xəsarət alan Elməddin Fərəcov xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki faktla cinayət işi başlanıb.