Oxşar xəbərlər
Şirvan şəhərində qadının evinə basqın edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Şirvan şəhər Polis Şöbəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Şirvan şəhərində Ayna Əliyevanın evindən quldurluq yolu ilə 6000 manat və qızıl əşyalar aparmış şəxslər məsuliyyətə cəlb edilib.
Cinayəti törədən Şirvan şəhər sakinləri Etibar Həsənov və Əlizamin Əmənov Bakı şəhərində tutulublar.
Hacı Zeynalov