18 İyul 2017 21:59
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə İnqilab Əhədovun vəkili Yalçın İmanov apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb.

Vəkil deyib ki, bir sıra məsələlər mütləq araşdırılmalıdır. Məhkəmə vəsatəti təmin etməyin. İş üzrə məhkəmə baxışı iyulun 25-nə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il həbs cəzası verilib.

Natiq Kərimov və İnqilab Əhədov apelyasiya şikayəti veriblər və onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Natiq Kərimov və İnqilab Əhədovun barəsində 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər