Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə müzakirə olunan məsələlərlə bağlı verilən vəsatətlər təmin edilməyib.
Agentura şəbəkəsinə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodu üzrə əlavə sübutların qəbul edilməsi üçün verilən vəsatət də təmin edilməyib. Müdafiə tərəfi bir neçə epizod üzrə anten məlumatlarının təqdim edilməsi barədə də vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz edərək deyib ki, cinayət işinin materialları arasında anten məlumatları var.
Vəkillər qeyd ediblər ki, bəzi şəxslərin anten məlumatları yoxdur. Tağı Əhmədov epizodu üzrə oğlu Ruslanın pulu verdiyini qeyd etdiyi vaxtda harda olmasını göstərən anten məlumatları cinayət materiallarına əlavə edilən diskdən silinib. Həmçinin, Qədim Ədilovun sentyabrın 7-də Nərimanov parkının yanında pulu Səlim Məmmədova verməsi ittihamına görə həmin şəxslərin o tarixədək anten məlumatları da istənilib.
Məhkəmə hər iki vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, diskə baxış keçirib məlumatların silinib-silinmədiyinə baxdıqdan sonra bu məsələ ilə bağlı qərar veriləcək.
Əlavə şahidlərin çağırılması və müvafiq qurumıara sorğuların göndərilməsi ilə bağlı vəsatətlər təmin edilib.
Növbət proses iyulun 19-da davam edəcək.