Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Ağayev evində bıçaqlanıb.
O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Bayram Ağayevin həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. Məlumata görə, ər-arvad arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.