Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Ağayev bıçaqlanıb.
Bayram Ağayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, Bayram Ağayev öz oğlu, 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqlanıb. Polis onu həbs edib.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.