Teleqraf.com xəbər verir ki, Gülüstan qəsəbə sakini Bəxtiyar Məmmədov qəsəbə ərazisində quldurluqla üzləşib.
Şəhər sakinləri - Elvin Yusifov və Ziyad Mustafayev onun qarşısını kəsib, bıçaqla hədələyərək 1000 manatını, mobil telefon və təqaüd kartını verməsini tələb ediblər.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Yusifov və Ziyad Mustafayev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.