Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rüfət Mayılov saxlanılıb.
Ona məxsus evə baxış zamanı pnevmatik idman tapançası, 300 ədəd patron, 1 ədəd patron darağı və 2 ədəd xüsusi qaz balonu aşkar edilib.
Rüfət Mayılovun əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.