Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəmədində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında A.Nağıyevin 8 il və R.Quliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses avqustun 2-də davam edəcək.
İttihama görə, hər iki şəxs vətəndaşın 2 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.
A.Nağıyev və R.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli niqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.