25 İyul 2017 17:35
791

Oğuz rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yaqublu kəndində Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsindən yaralayıb.

Xəstəxanaya yerləşdirilən Laçın İsayevin vəziyyəti ağırdır.

Oğuz rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Namazov tutulub.


Müəllif: Hacı Zeynalov