Teleqraf.com xəbər verir ki, rayonun Əmiraslanlı kənd sakini, 1981-ci il təvəllüdlü Nizami Səfərov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Nizami Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Nizami Səfərov Əmiraslanlı kəndi ərazisində dostu ilə yeyib-içib. Sonra dostlar şit zarafat ediblər.
Nizami Səfərovun zarafatla söyüş söyməsi dostunun xoşuna gəlməyib. Bu zaman qanlı cinayət hadisəsi baş verib.
Faktla bağlı cinayət işi başlanıb.