21 İyul 2014 18:42
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 8 saylı Cəza Çəkmə Müəssisində saxlanılan Nadir Səlifovun tərəfdarları ilə Rövşən Lənkəranskinin adamları arasında dava düşməsi düzgün deyil.

Bu sözləri Teleqraf.com-a Nadir Səlifovun vəkili Təranə Məmmədova deyib. O, bildirib ki, Nadir Səlifovun Bakı Apelyasiya Məhkəməsində hər hansı bir işi yoxdur:

“Bu gün Cəza Çəkmə Müəssisində Nadir Səlifovla görüşmüşəm. Onun bu davanın baş verməsindən xəbəri olmayıb. Ümumiyyətlə davanın baş verməsi haqqında nə məndə, nədə hüquqlarının müdafiə etdiyim Nadir Səlifov da məlumat olmayıb”.

Vəkil əlavə edib ki, Nadir Səlifov yüksək qan təzyiqindən əziyyət çəkir. Onun sözlərinə görə, avtoritetin saxlandığı kamera istidir.

Qeyd edək ki, 2006-cı ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan mərhum edilmiş Nadir Səlifov həbsxanada mobil telefondan istifadə etdiyinə görə barəsində yenidən Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəslərinin və ya istintaq təcridxanalarının fəaliyyətini pozma) maddəsi ilə ittiham olunub. Qaradağ rayon Məhkəməsi N.Səlifovun cəzasını toplamaqla 10 il 5 ay müddətinə cəza təyin edib.

Hacı Zeynalov


Müəllif: