Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında hər iki şəxs jurnalistlərə açıqlamasında məhkəmənin çıxardığı qərarı ədalətli hesab etdiklərini bildiriblər.
Məlumata görə, bu gün keçirilən prosesdə Oqtay Rüstəmova 5 il 6 ay, Səhrab Hümbıtova 5 il 6 ay, Cəlil Cəfərova 5 il 5 ay, Bayram Vəliyevə 5 il 5 ay şərti cəza təyin edilib. Onlar məhkəm zalından azadlığa buraxılıb.
Məhkəmənin hökmü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edilib. "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da 13 il müddətinə azadlıqdan məhrum edilib.
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində 7 il 3 ay müddətinə şərti cəza təyin edilib. O məhkəmə zalından azadlığa buraxılıb.