Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlanması barədə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.