28 İyul 2017 14:14
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş arvadını bıçaqlamaqda ittiham olunan 42 yaşlı Kamran Bilalovun məhkəmə istintaqı yekunlaşıb.

Teleqraf.com xəbər verir ki , bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidov sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənini hökmü ilə Kamran Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamran Bilalov keçmiş həyat yoldaşı Xatirə Bilalovanı qısqanclıq zəminində öldürmək istəyib.

O, ötən ilin noyabr ayının 15-də Xatirənin avtobus dayanacağına doğru getdiyini görüb ona yaxınlaşaraq bıçaqla çoxsaylı zərbələr endirib. Sonra isə hadisə yerindən qaçıb.

Ağır dərəcəli bədən xəsarətləri almış yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər