Teleqraf.com xəbər verir ki, 1978-ci il təvəllüdlü Qırlı kənd sakini Arzu Namazov həyat yoldaşı, 1988-ci il təvəllüdlü Xəyalə Namazovanı bıçaqlayaraq öldürüb.
Hadisə qısqanclıq zəminində baş verib.
Rayon ərazisində tikintidə usta işləyən Arzu Namazov arvadının başqa kişi ilə görüşməsindən şübhələnib. O, Xəyaləni izləyərək, şübhələrinə tam əmin olub. Bu səbəbdən ər-arvad arasında mübahisə sonda qanlı olayla nəticələnib.
Hadisəni törədən şəxs polisə könüllü təslim olub.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.