28 İyul 2017 17:12
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyulun 26-da Bakı şəhər sakini olan qadın son bir ay ərzində Səbail rayonu ərazisində yaşadığı mənzildən pulunun oğurlanması barədə polisə məlumat verib.

Məlumatla əlaqədar Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib, hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb.

Ev sahibəsi izahatında gizli saxladığı pulunun içərisindən bir hissəsinin - 3350 manatının çəkilərək oğurlandığını bildirib.

Əməliyyat tədbirləri ilə polis əməkdaşlarında oğurluğun həyətdə kirayədə yaşayan şəxs tərəfindən törədilməsinə dair şübhələr yaranıb.

Kirayəşin şübhəli şəxs qismində polis bölməsinə dəvət olunub.

Araşdırmalarla onun Neftçala rayon sakini İlahə Əsədova olduğu müəyyən edilib.

O, törətdiyi əməli etiraf edib. Ev sahibinin işdə olduğu müddətdə ora daxil olduğunu, pulun saxlandığı yerdən şübhə doğurmaması üçün ümumi məbləğdən 3350 manatı götürdüyünü, ələ keçirdiyi puldan müəyyən qədər kosmetik əşyalara xərclədiyini, qalan məbləğin isə evində olduğunu etiraf edib. İlhahə Əsədovanın yaşadığı evə baxış zamanı qalan pul oradan aşakar edilib.

İlahə Əsədova saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər