29 İyul 2017 11:48
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Marat Ueldanovun apelyasiya şikayəti araşdırılması üçün hakim Əflatun Qasımovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası avqustun 4-nə təyin edilib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər