Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Onlar iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18 000 manat pul olan seyfi oğurlayıblar.