29 İyul 2017 19:30
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran ərazisində avtomobil oğrusunun yaxalanması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Göyşaban kənd sakini Elnur Ağayevin idarə etdiyi “Tofaş” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla həmin avtomobilin dövlət qeydiyyat nişanlarının Lənkəran şəhər sakini Nəğdi Rəsulova məxsus “Moskviç-2140” markalı avtomobilə aid olması, avtomobilin isə 2015-ci il sentyabrın 15-də Yasamal rayonu ərazisindən qaçırılmış Bakı şəhər sakini Sədrəddin Əhmədova məxsus “Tofaş” markalı avtomobil olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər