Oxşar xəbərlər
Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Mətbuat prospektində qeydə alınıb. Bakı şəhər sakini Natiq Əliyev idarə etdiyi “Cherry” markalı avtomobil Sakit Əliyevin sürdüyü “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Natiq Əliyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov